Məqalələr
|
18.03.2010 Baxış bucağına baxış Həyat kənardan baxandamı daha gözəl görünür, yoxsa içərisində itib-batandamı? Nabələd bir həyatmı, yoxsa bəlli bir həyatmı daha gözəldir?
Hər bir addım planlı surətdə atılandamı, yoxsa sürprizlərlə dolu olandamı həyat daha maraqlı olur?
Bir var, həyatda başını aşağı salıb yaşayanlar, “palaza bürünüb elnən sürünənlər”. Bir də var, özü də kortəbii bir həyat yaşamasına rəğmən, yaşayanlara baxıb, həyatın gözəlliyini seyr edənlər, xəyal dünyasında səadət tapanlar.
|
|
13.03.2010 TV-də stereotip və axtarışlar Bir neçə il əvvəl ictimai kanalda işıq üzü görən “Ovqat” televiziya proqramı belə bir yanlış təsəvvürü dağıtmağa müvəffəq oldu ki, guya tamaşaçılar ziyalıların deyil, şoumenlərin, komediantların, dedi-qoduçuların söhbətlərinə daha böyük həvəs göstərirlərmiş. Hətta əgər belədirsə, bu acınacaqlı vəziyyət neçə illər ərzində aparılan qüsurlu efir siyasətinin nəticəsidir. Amma istənilən halda “Ovqat” ciddi ziyalı söhbətinə, ölkəmizin tanınmış alim, şair və sənətkarlarının həyata baxışı, yaradıcılığı ilə tanış olmağa tamaşaçıların böyük ehtiyacı olduğunu üzə çıxartdı.
Günlərin bir günündə «Ovqat» ikiləşdi. |
|
11.03.2010 Sivilizasiyanın monoloqu Müasir elmi-fəlsəfi ədəbiyyatda söhbət ancaq ya sivilizasiyaların qarşıdurmasından, ya da onların dialoqundan gedir. Halbuki, mədəniyyətlər fərqli olduğu halda, bütün bəşəriyyət üçün ancaq bir sivilizasiya vardır və o, bütün xalqların birgə səyləri ilə yaradılmışdır. Bu mənada onun ancaq monoloqundan danışmaq mümkündür. Bu vahid ümumbəşəri prosesin sükanının kimin əlində olması isə başqa bir məsələdir.
İndiki dövrdə planetimizin siyasi xəritəsi formalaşdığı kimi iqtisadiyyatın və maddi-texniki mədəniyyətin paylanması da xeyli dərəcədə qərarlaşmış, nisbi stabil bir mənzərə yaranmışdır. Düzdür, miqrasiya prosesləri sürətlənmiş, qloballaşmanın təsiri ilə iqtisadi və mədəni sahələrdə sərhədlərin rolu azalmış, planetdə yeni meyarlar əsasında maddi və mənəvi dəyərlərin sanki yenidən paylanması prosesi başlanmışdır. |
|
04.03.2010 Zərdüştün şikayəti Mübarək gecələrin birində böyük Zərdüştün ruhu röyamda müsafirim oldu. Özü də tək deyildi, əshabələri ilə birlikdə. Bir tərəfində Əflatun öz nurlu siması ilə və nuru təbliğ edən yeniəflatunçularla birlikdə. Digər tərəfdə isə gah Mefistofel, gah da Nitsşe qiyafəsində görünən nahamvar bir kölgə. Hərdən də mənə elə gəlirdi ki, bu kölgə elə mənim (bizim) öz kölgəm(iz)dir: üzərimizə düşən nurun dərəcəsi artdıqca, kölgəmiz də böyüyürdü. Və biz nuru qoyub kölgəmizlə uğraşırdıq. |
|
02.03.2010 Şekspirdən Hamletə İnsanın cismani ömrü sonlu, fəaliyyət dairəsi məhdud olduğundan əbədiyyəti haqq edən böyük insanlar bu hüdudları keçməyə can atırlar. Əlbəttə, ruhu azad olanlar zatən əbədiyyətin bir parçasıdırlar. Amma bəzən insan cismani dünyada da mütləq ruhun təcəllilərini görür, təbiət özü ruhani gözəlliyin təmsilçisi, sonsuzluğun əyani təzahürü kimi çıxış edir.
|
|
19.02.2010 Tarixin səhvi: islam və xristianlıq sivilizasiya kontekstində Şərq və Qərb sivilizasiyalarının münasibəti və nisbəti məsələlərini diqqətlə öyrəndikdə, dinlərin və sivilizasiyaların əlaqəsinə elmi-tənqidi nəzər saldıqda, aydın olur ki, bir tərəfdən islam və xristianlığın, digər tərəfdən Şərq və Qərb sivilizasiyalarının yeri sanki dəyişik düşmüşdür. |
|
23.09.2009 Ülvi gəncliyin fəlsəfəsi Tarixdə bir sıra şəxsiyyətlər olub ki, öz gənclikləri ilə bizim dediklərimizə ən kamil nümunə ola bilərlər. Bütün ömrü gənc dövrü ilə tamamlanan, 37 il yaşamış Şihabəddin Sührəvərdi və Aleksandr Puşkin, 36 yaşlı Corc Qordon Bayron və Cəfər Cabbarlı, 32 yaşlı Eynəlqüzat Miyanəci və Şelli, 30 yaşlı Sergey Yesenin və Mikayıl Müşfiq, 26 yaşlı Mixail Lermontov və Nikolay Dobrolyubov, 20 yaşlı Evarist Qalua və Ülvi Bünyadzadə.
Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əslində isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər adama, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoşbəxtlik deyil. Yox, bunlar nakam tale, qırıq ömür deyillər. Onların fiziki həyatı qeyri-təbii şəkildə süquta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları daha möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız faciəli bir ölümü, nakam gənc ömrü ön plana çıxartmaq həmin gənclərin özlərinə deyil, onların dedikləri sözə qarşı ədalətsizlikdir. |
|
|
|
Fəlsəfi Diskurs
|
|
Hörmətli iştirakçılarımız!
Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır. Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!
|
Cavabla
|
|
|
Elmi konfranslar və faydalı linklər
|
|
JURNAL |
|
Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
|
Ətraflı
|
|
KİTAB |
|
Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi sosial fəlsəfə kontekstində araşdırılır.
|
Ətraflı
|
|
|
Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
|
Ətraflı
|
|
Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
|
Ətraflı
|
"swfobject.js"
|
| |