az
Fəlsəfə dünyası

Aktual mövzu
Mövlanadan Mövlanaya Şəms yolu
Şərqin iki böyük dahisi: Mövlana və Şəms. Adları bizim üçün nə qədər tanış və hətta doğma görünsə də, düşüncələrinə çox az bələd olduğumuz bu mütəfəkkir şairləri layiqincə təqdim edə bilmək üçün ən azı onların ruhuna doğma olan bir dil lazım idi. Yetkin, hikmətli və qüdrətli bir dil. Təsəvvüfün də öz dili var. Azərbaycanda vaxtilə geniş yayılmış olan bu dil hələ kifayət qədər bərpa olunmayıb. Şəms Təbrizi kimi qüdrətli bir şəxsiyyətə yetərincə sahib çıxmamağımızın bir səbəbi də, görünür, təsəvvüf dilini doğmalaşdıra bilməməyimizdir. Türkiyədə Şəmsin bir Azərbaycan türkü kimi deyil, sadəcə iranlı kimi tanınmasında bizim də təqsirimiz az deyil. Türkiyə türklərinin diqqət mərkəzində Mövlana durduğundan, Şəms Təbrizi uzun müddət arxa planda qalmışdır. Onun indi-indi “yada düşməsində” Əlif Şəfəqin “Eşq” romanının böyük rolu olmuşdur. Amma bizə Şəmsin sadəcə “yada düşməsi” deyil, bir Azərbaycan türkü kimi ön planda təqdimatı lazımdır.

 
 
Yeniliklər
I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu
10-11 May 2012-ci il tarixdə Türkiyənin Ankara şəhərində I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu keçirilmişdir. Atatürk Kültür Mərkəzinin dəstəyi ilə Ankara Universitetində baş tutan tədbirdə təhsildə önə çıxan yeni yanaşmalar və konsepsiyalar, paradiqma və nəzəriyyələr, yeni cəmiyyət və yeni qlobal sosial problemlər müzakirə edilmişdir. Yeni cəmiyyət, təhsildə dəyərlər sistemi, gələcəyin təhsil sosiologiyası, gəncliyin mədəniyyəti və problemləri və s. 18 təməl problem üzərində qurulmuş simpoziumda 13 əsas mövzu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur
Bakı, 2 may (AzərTAc). Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (AMEA) AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur.
Səlahəddin Xəlilovun mənəviyyat fəlsəfəsi haqqında mühazirəsi Səlahəddin Xəlilovun mənəviyyat fəlsəfəsi haqqında mühazirəsi
Fəlsəfə üzrə növbəti mühazirəmizin mövzusu “Mənəviyyat fəlsəfəsi”dir. Sual oluna bilər: nəyə görə növbəti mövzumuz məhz mənəviyyat haqqındadır? Ötən mühazirəmizdə biz fəlsəfədən danışarkən əvvəlcə onun ərtafında xeyli fırlandıq, sonra da “Mən” mövzusunda dayandıq. İnsanın öz cismani varlığından ayrılması fəlsəfi düşüncənin başlanğıcıdır. Nə qədər ki, insan obyektiv dünyada baş verən hadisələrin axarında gedir, özünü onların bir hissəsi hesab edir, o qədər də onda fəlsəfi düşüncə yoxdur. Fəlsəfə insanın özünün təbiətdən ayırdığı məqamdan başlayır. Bu ayrılma nəticəsində insan öz “Mən”ini dərk edir. Bununla da dünya iki yerə ayrılır. Buna qədər dünya bütöv idi.
Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi
Əziz dinləyicilər! Bu gün biz sizinlə fəlsəfə haqqında söhbət açacağıq. Fəlsəfə haqqında danışmaq fəlsəfədən kənarda dayanaraq danışmaq mənasını verir. Amma fəlsəfədən kənarda dayanaraq fəlsəfəni dərk etmək mümkün deyil. Fəlsəfənin dərk etmək üçün onun abu-havasına daxil olmaq və onu içəridən duymaq lazımdır. Bizim sizinlə birinci şərtimiz səmimiyyətdir. Aramızda səmimiyyət olmasa, mənim dediklərimi siz anlamasanız, öz etiraz və ya razılıq ifadələrinizi bəyan etməsəniz, anladığınızı gizlətməyə çalışsanız, bizim danışığımız alınmayacaq. Fəlsəfə elmlərdən biri deyil, riyaziyyatdan, fizikadan mühazirə deyil ki, sadəcə mən sizə müəyyən bilikləri verim və siz onları mənimsəyəsiniz, götürəsiniz. Fəlsəfə bizim birgə yaşantımızıdır. Fəlsəfə yaradıcılqdır, mənəvi-emosional yaşantıdır. Fəlsəfəni duymadan dərk etmək mümkün deyil.
Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir
Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun konfrans zalında Azərbaycanın görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilovun "Aforizmlər. Seçilmişlərdən seçilmişlər" adlı kitabının təqdimatı olmuşdur. Geniş oxucu dairəsi üçün nəzərdə tutulmuş nəşrə görkəmli şərq və qərb mütəfəkkirlərinin aforizmləri, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamları daxil edilmişdir. Aforizmlərin yarısından çoxu Rusiya oxucusuna ilk dəfə təqdim edilir.

Yer özü də göyün ənginliyindədir, göydən yerə baxa bilsən…
Əbu Turxan
 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
«FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR» – 2011, № 2 (32) AFSEA tərəfindən nəşr olunan «Fəlsəfə və sosial-siyasi elmlər» jurnalının 2011-ci ildə ikinci nömrəsi çapdan çıxmışdır.
Ətraflı
 KİTAB
И.Р.Мамед-заде. О философии (Современные подходы, тен­денции и перспективы). В нынешнюю эпоху много размышляют о том, что есть фи­лософия, для чего она нужна, полезна ли она. Как правило, философы уверены в том, что она способствует развитию науки, культуры и об­разования.
Ətraflı
Əbu Turxanın hikmət dünyası Kitabda “Əbu Turxanın hikmət dünyası” adı altında min illərin sınağından çıxmış və bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
Ətraflı
Книга афоризмов. Избранное из избранных. В книге тщательно отобраны афоризмы и изречения известных мыслителей Востока и Запада, имеющие глубокий философский смысл.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.