az  |   tr
Fəlsəfə dünyası

Şərq-Qərb Tədqiqat Mərkəzinin fəaliyyət istiqamətləri

«Şərq-Qərb» Tədqiqat Mərkəzi 1994- ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problema­tikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədi ilə Azər­baycan Universite­tinin nəz­dində yaradılmışdır.

 

Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya ilə Avro­panın, Şərq ilə Qərbin qov­şa­ğın­da yerləşdiyi kimi öz mədə­ni inkişaf xüsusiyyətlərinə görə həm Şərq, həm Qərb ma­hiyyətini ehtiva edir bu iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsidir.

Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­ma­nın tələbidir. Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkir­lərinin dünyagörüşünü yaradıcılığını özünün tədqiqat ob­yekti kimi seçmişdir. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması «Şərq-Qərb» cunralının nəşr edilməsi Aida xanımın yaradıcılıq təşkilatçılıq planlarının ­hüm tərkib his­­si idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994- ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar. Azərbaycan Uni­ver­si­tetinin rektoru fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun rəhbərliyi ilə fəaliyyətə baş­­layan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu Uni­ver­si­tetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi tanınmış ərəb­şünaslar Ələsgər Məmmədov Zahid Hüsey­novu göstərmək olar. Sonralar bu Mərkəzin fəaliyyətində digər elm sahələrinin görkəmli nümayəndələrinin iştirak etməsi Şərq-Qərb probleminin bütün aspektlərini araşdırmağa bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı.

 

Azərbaycan EA-nın həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun Mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmi iqtisadi əla­qələ­rin müzakirəsi gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybul­layevin, Adil Məmmədo­vun, Tamilla Məm­­dova­nın s. Mərkəzə üzv seçilməsi təsadüfi deyildir. Çünki Mərkəzdə Şərq Qərb sivilizasiyaları arasında əlaqənin tarixi kökləri, qədim ipək yolunun bu prosesdə oynadığı rol, ellinizm Qafqaz, İslam Xristianlıq s. problemlər üzrə məqsədyönlü araş­dırmalar aparılması tarixçilərin iştirakını zəruri edirdi. Kulturoloq Fuad Məmmədovun, fizik Şahlar Əsgərovun, psixoloq Əbdül Əlizadənin, həkim Nurəddin Rzayevin iştirakı Mərkəzdə qoyulan problemlərin rəngarəngliyini əhatə dairəsini genişlən­dirməyə, Şərq-Qərb probleminin bütün aspektlərini əhatə etməyə şərait yaratdı. Xüsusən dünya şöhrətli cərrah, habelə tarixçi ədəbiyyatşünas, «Varlıq» dərgisinin naşiri professor Cavad Heyə­tin müntəzəm surətdə Bakıya gələrək müzakirələrdə iştirak etməsi keçirilən tədbirləri daha da canlandırır, Mərkəzin gənc üzvlərinin dünyagörüşünün daha da genişlənməsinə, bu problemlər üzrə daha hərtərəfli biliklər əldə etmələrinə imkan verirdi.

Şərq ilə Qərb arasında ədəbi-bədii əlaqələrin öyrənilməsi bu Mərkəzin ideya müəllifi olan Aida xanım İmanquliyevanın yaradıcı irsinin bilavasitə davam etdirilməsinə yönəldilmişdir. Akademik Kamal Talıbzadənin, AMEA-nın müxbir üzvü Ya­şar Qarayevin professor Əmirxan Xəlilovun ədəbi əlaqələr sahəsində çıxışları Mərkəzin əsas mövzuları sırasında olmuşdur.

 

Bütün bu müxtəlif ixtisas sahiblərinin bir araya gəlməsi sinkretik səciyyəli problemlərin müzakirə­sində, habelə bu mövzular üzrə aparılan tədqiqat­larda fəal iştirak etməsi ən çox filosofların inteqrativ funksiyası sayəsində mümkün olmuşdur. Mərkəzin rəhbəri professor S.Xəlilovla yanaşı müzakirələrdə akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları Camal Musta­fayev, Yusif Rüstəmov, Zümrüd Quluzadə, Rəbiyyət Asla­nova, Aydın Şirinov s.-in fəal iştirakı təkcə Şərq Qərb təfəkkür üsulları ara­sında deyil, həm müxtəlif elm ixtisas sahələri arasında əlaqənin təmin olunmasına bu istiqamətdə tədqiqatlar aparıl­masına rəvac vermişdir.

 

1997-ci ildən başlayaraq tədqiqat mərkəzi özünün jurnalını dərc etməyə başlamışdır ki, bu da aparılan müzakirələrin görülən tədbirlərin mətbuatda operativ surətdə işıqlandırılmasına imkan vermişdir. «İpək yolu» jurnalı ictimai-siyasi, iqtisadi mədəni-mənəvi aspektləri əhatə etməklə Şərqlə Qərb arasında dialoqun hərtərəfli işıqlandırılmasına xidmət edir. Jurnalda ümum­milli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi iqtisadi kurs müntəzəm surətdə işıqlandırılır. Qlobal­laşmanın iqtisadi aspektləri, tarixi ipək yolunun bərpası, Avrasiya dəhlizinin, TRASEKA proqramının iqtisadi problemlərinin araş­dırılması, neft strategiyası, «Əsrin müqaviləsi» s. problemlər jurnalın aparıcı mövzularından olmuşdur. Bu mövzularla əlaqədar Mərkəzin üzvləri olan iqtisadçı alimlər akademik Asəf Nadirov, AMEA-nın müxbir üzvü Akif Musayev, jurnalın indiki redak­toru, Mərkəzin sədr müavini Dünyamalı Vəliyev, professor Əbülfəz Qasımov, professor Əli Əhmədov, iqtisad elmləri nami­zədi Mayıl Rəhimov başqaları müntəzəm surətdə jurnalın səhifələrində çıxış etmiş Tədqiqat Mərkəzindəki müzakirələrin elmi ümumiləşdir­mələrini vermişlər.

Təəssüflər olsun ki, Mərkəzin fəaliyyət dövründə onun ən fəal üzvlərindən akademik Fəraməz Maqsudov, professor Ələs­gər Məm­mədov, AMEA-nın müxbir üzvləri Mahmud İsmayı­lov Ya­şar Qarayev, professor Qiyasəddin Qeybul­layev dün­yasını dəyiş­­miş­lər. Onların çıxışları tədqiqatları indi Mərkəzin üzvləri tərə­findən istifadə olunur Mərkəzin ideya müəllifi Aida İmanquliyeva ilə yanaşı, onların da xatirəsi mün­təzəm surətdə yad edilir.

 

Fəaliyyət dövründə tədqiqat mərkəzində həm Şərqin, həm Qərbin görkəmli mütəfəkkirlərinin yubiley­ləri qeyd olunmuşdur. Dədə Qorqudun 1300 illik, Füzulinin 500 illik, Kantın vəfatının Feyer­baxın anadan olmasının 200 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Şərq-Qərb problematikasına öz yaradıcılığında geniş yer vermiş Hüseyn Cavidin Abdulla Şaiqin 120 illik yubi­leyləri, habelə Cəfər Cabbarlının Karl Popperin 100 illik yubileyləri keçirilmiş onlara həsr olunmuş kitablar buraxıl­mışdır. «Şərq-Qərb» Tədqiqat Mərkəzinin fəaliyyəti çərçivəsində bu Mərkəzin üzvlərinin yubileyləri keçirilmiş, onların ixtisas­larına tədqiqat problemlərinə uyğun elmi konfranslarla qeyd edilmiş, gənc tədqiqatçılar da bu konfranslara qatılmışlar. Ümu­miyyətlə nəsillərin əlaqəsini daha mütəşəkkil səviyyədə təmin et­mək üçün Tədqiqat Mərkəzinin üzvləri Universitetdə fəaliyyət göstərən «İstedad klubu»nun üzvləri ilə vaxtaşırı görüşlər keçir­miş, aktual problemlərin müzakirəsinə gənclər cəlb olun­muşlar. Yazıçılardan Anarla, Məmməd Arazla, Zəlimxan Ya­qub­la keçirilən görüşlər həm çağdaş Azərbaycan ədəbiyya­tının aktual problemlərinin müzakirəsinə çevrilmiş gənclər bu müzakirələrdə fəal iştirak etmişlər.

Tələbələrin, aspirantların dəyirmi masa ətrafında dünya şöhrətli alimlərlə, akademiklərlə eynihüquqlu üzvlər kimi əyləş­məsi polemikaya girməsi Mərkəzin fəaliyyətində ən əlamətdar məqamlardan biridir.

 

 

Tədqiqat Mərkəzinin əsas fəaliyyət formalarından biri Şərq-Qərb problemləri üzrə görkəmli mütəxəssislər ya bu problematika baxımından maraq doğuran şəxsiyyət­lərlə görüşlərin təşkili olmuşdur. Fəaliyyət dövründə Amerikadan, Avropadan, İran, Türkiyə digər Şərq ölkələrindən gəlmiş qonaqlarla görüşlər keirilmişdir. On­ların arasında professor Həmid Nitqi (İngiltərə), professor Tadeuş Svətaçovski (ABŞ), professor Barri Sanders (ABŞ), professor İren Melikov (Fransa), professor Audri Alstadt (ABŞ), professor Rəhim Rəisniya (İran), professor Rəşad Gənc (Türkiyə), professor Masayuki Yamauchi (Yaponiya), profes­sor Aleksandr Çumakov (Rusiya), professor Kənan Gursel (Türkiyə), professor Naidə Tovhidi (ABŞ) s.-i xüsusi qeyd etmək istərdik. Bu görüşlərdə Şərq-Qərb əlaqələri ilə bağlı müxtəlif elmi problemlərin müzakirələri keçirilmişdir. Professor Cavad Heyətin (İran), professor Qulamrza Səbri Təbrizinin (İngil­tərə) Mərkəzin daimi üzvləri kimi müntəzəm çıxışları da müza­kirələrin daha canlı keçməsinə səbəb olmuşdur.

 

ABŞ-ın, Almaniyanın, Yaponiyanın, İranın Azərbay­candakı fövqəladə səlahiyyətli səfirləri, habelə digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüş­lər böyük maraq doğurmuşdur.

 Şərq Qərb arasında dialoq ideyasının təbliğinə xidmət edən bu məqsədlə iki ölkədə: Türkiyə Rusiyada nəşr olunan «Dialoq Avrasiya (DAjurnalının baş məsləhətçisi Mustafa Armağan redaktoru Nevval Sevindiklə, ABŞ-da nəşr olunan «Reforma» jurnalının baş redaktoru Feyruz Heyətlə, habelə rusiyalı jurnalist tarixçi Murad Adca ilə görüşlər tədqiqat mərkəzi üzvlərinin böyük marağına səbəb olmuşdur.

Mərkəzdə gənc tədqiqatçıların jurnalistlərin iştirakı elmi nəticələrin daha geniş miqyasda yayılmasına publisistik janrda ifadə olunmasına imkan yaratmışdır. Jurnalist Həmid Vəliyevin, Şərəf Cəlilinin mətbuatda radiodakı reportajlar «Şərq»-Qərb» Tədqiqat Mərkəzinin əsas ideyalarının kütləviləşməsinə xidmət etmişdir. Aspirant dissertantlardan bu problematika üzrə tədqiqat aparan Nərman Qocatürk, Tofiq Əhmədov, Könül Yusifova, Südabə Zeynalova, Gülşən Məmmədova s.-in bu problem üzrə ilk tədqiqat əsərləri çap olunmuşdur. Hazırda tədqiqatlar uğurla davam etdirilməkdədir. Lakin Şərq-Qərb prob­lematikasının genişliyini, siyasi mədəni-mənəvi əhə­miyyətini nəzərə alaraq bu sahədə fəaliyyətin daha geniş bir qurum çərçivəsi daxilində davam etdirilməsinə ölkəmizdəki bu səpkidə müxtəlif təşəbbüslərin Aida İmanquliyevanın adını daşıyan vahid elm mədəniyyət kompleksində birləşdirilməsinə ehtiyac duyul­maqdadır.

 


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.