az  |   tr
Fəlsəfə dünyası

AZƏRBAYCAN FƏLSƏFƏ SOSİAL-SİYASİ ELMLƏR ASSOSİASİYASININ

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Fəlsəfə Sosial-Siyasi Elmlər Assosiasiyası (bundan sonraAssosiasiya) elm, təhsil maarifçilik fəaliyyəti göstərən qeyri-hökumət qeyri-siyasi təşkilatdır.

1.2. Assosiasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar sərəncamlarını Nizamnaməni rəhbər tutur.

1.3. Assosiasiya öz vəzifələrini yerinə yetirərkən hüquqlarını həyata keçirərkən mərkəzi yerli icra hakimiyyəti orqanları, dövlət müəssisələri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Assosiasiya öz ünvanı, müstəqil balansı, əmlakı, xəzinə bank hesablarını, gerbli möhürü, künc ştampı, blankı, blankda hesablaşma hesabı olan müstəqil hüquqi şəxsdir.

1.5. Assosiasiya Azərbaycan Respublikasının Konstitusiyası, qeyri-kommersiya təşkilatları üçün mövcud qanunlar bu nizamnamə əsasında fəaliyyət göstərir.

1.6.Təşkilatın ünvanı: Bakı şəhəri.

 

 

2. Assosiasiyanın məqsəd vəzifələri

 

2.1. Assosiasiyanın əsas məqsədi elmlərin müxtəlif sahələrində Azərbaycan cəmiyyətinin tərəqqisinə yönəldilmiş fəlsəfə, ictimai tədqiqatlar araşdırmalar aparmaq, həmin tədqiqatların vahid prioritetlərə xidmət etməsi baxımından sistemləşdirilməsi istiqamətləndirilməsini təmin etmək, bu fəaliyyət nəticəsində qazanılmış nailiyyətləri ictimaiyyətə çatdırmaqdır.

2.2. Mövcud tarixi məqamda ölkənin daxilində xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, perspektiv fəaliyyət istiqamətlərinin konsepsiya, proqram strategiyasını hazırlamaqdır. 

2.3. İctimai elmlərlə bağlı elmi praktik maraqları olan alimlərin, universitet müəllimlərinin, aspirantların, ekspertlərin, ictimai xadimlərin birliyini təmin edən şəbəkənin yaradılmasıdır.

2.4. İctimai elm tədqiqat sahələri arasındakı əlaqəni asanlaşdırmaq, bu əlaqələr əsasında, onların kəsişməsində gedən tədqiqatları vahid milli ümumbəşəri prioritetlər istiqamətində genişləndirmək.   

2.5. Assosiasiya göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

2.5.1.      Fərdi kollektiv layihələr əsasında elmi araşdırmalar aparır, konfrans seminarlar, dəyirmi masalar təşkil edir;

2.5.2.      Elmi jurnal kitabların nəşri ilə məşğul olur;

2.5.3.      Yerli, xarici beynəlxalq təşkilatların, elm təhsil mərkəzlərinin, fondların imkanlarından istifadə edərək müxtəlif elm təhsil layihələri həyata keçirir, konsaltinq proqramlar, treninqlər, təhsil staj layihələri üzərində işləyir;

2.5.4.      Assosiasiya həm yerli, həm xarici hüquqi fiziki şəxslərlə, həmçinin beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaradır, onlarla əməkdaşlıq edir;

2.5.5.      Assosiasiya konsaltinq sosioloji tədqiqatlar, marketinq sahəsindəki xidmətlərini yerli xarici hüquqi fiziki şəxslərə göstərir;

2.5.6.      Assosiasiya özünün məqsəd vəzifələrinə uyğun olaraq qanunvericilikdə qadağan olunmayan başqa fəaliyyətləri həyata keçirir.    

 

 

3. Assosiasiyanın fəaliyyətinin təşkili

 

3.1.           Yığıncaq.

Assosiasiya ildə ən azı bir dəfə yığıncağını keçirir. Yığıncaqda Assosiasiyanın götürdüyü məqsəd istiqamətində gördüyü işlər haqqında informasiya verilir. Qarşıdakı vəzifələr aydınlaşdırılır. Yığıncaq müəyyən aktual mövzu ətrafında Beynəlxalq Konfransla müşayiət olunur.

3.2.           Üzvlük.

3.2.1.      Assosiasiyanın məqsədlərini bölüşən üzvlük haqqı ödəyən istənilən şəxs Assosiasiyaya üzv ola bilər.

3.2.2.      Assosiasiyanın üzvü Assosiasiyanın rəsmi nəşrlərinin surətini almaq, Assosiasiyanın iclas konfranslarında, tədbirlərində iştirak etmək hüququna malikdir.

3.3.           İdarə etmə

Assosiasiyanın idarəetmə orqanlarına bölmə müdirləri, İdarə Heyəti, İdarə Heyətinin sədri, Prezident və İllik Yığıncaq daxildir.

 

3.4.           İdarə Heyəti

İdarə Heyətinə Assosiasiyanın səsvermə hüququna malik aşağıdakı üzvləri daxildir:

3.4.1.      Assosiasiyanın nəşr etdiyi jurnalların redaktorları;

3.4.2.      Bölmə müdirləri;

3.4.3.      Proqram layihələrinin rəhbərləri;

3.4.4.      İdarə Heyətinin sədri Heyətin üzvləri arasından Prezidentin təqdimatı əsasında seçilir.

 

3.5.           Prezident

Prezident Assosiasiyanı ən yüksək səviyyədə təmsil edir. O, Assosiasiyanın İllik Yığıncağında seçilir seçilməsi müddəti İllik Yığıncağın qərarı ilə müəyyən olunur.

Prezidentin funksiyaları:

3.5.1.      Assosiasiyanın məqsədlərinə xidmət edən proqram strategiyasını, istiqamətini təqdim etmək;

3.5.2.      Təşkilatın məsul şəxslərinin fəaliyyətini müşahidə etmək onlara funksiyalarını yerinə yetirməkdə köməklik göstərmək;

3.5.3.      Assosiasiyanın, İdarə Heyətinin iclaslarını çağırmaq sədrlik etmək;

3.5.4.      İdarə Heyətinin sədri ilə birlikdə İdarə Heyətinin iclasının gündəliyini hazırlamaq;

3.5.5.      Assosiasiyanın vəsaitlərinin xərclənməsinə nəzarət etmək büdcənin inkişafı istiqamətində fəaliyyət göstərmək;

3.5.6.      Jurnalların nəşrində ideya istiqamətinin müəyyən edilməsi.  

 

3.6.           İdarə Heyətinin sədri İcraçı Ofis

3.6.1        İdarə Heyətinin sədri eyni zamanda icraçı direktor funksiyasını daşıyır Assosiasiyanın əsas administrativ şəxsidir. O, Prezidentin təqdimatı ilə İdarə Heyəti tərəfindən seçilir Assosiasiyanın təsisçiləri tərəfindən təsdiqlənir.

3.6.2        İcraçı Ofis İdarə Heyətinin sədri (icraçı direktor) onun işçi personalından ibarətdir. İşçi personalı İdarə Heyətinin təklifi təsisçilərin icazəsi ilə ödənişli əsaslarla təyin olunur.

3.6.3        İdarə Heyətinin sədri aşağıdakı funksiyaları yerinə yetirir:

3.6.3.1        Assosiasiyanın əsas məqsədlərinə xidmət edən siyasət proqramları təklif edir;

3.6.3.2        Prezidentlə birlikdə Assosiasiyanın hədəflərini, istiqamətini, İllik Yığıncağın gündəliyini təqdim edir;

3.6.3.3        İcraçı Ofisi idarə edir;

3.6.3.4        Assosiasiyanın cari fəaliyyətinə rəhbərlik edir.

3.6.3.5        Assosiasiyanın orqanlarının nəşrinə, redaksiya şurası üzvlərinin seçilməsi və fəaliyyətinə nəzarət edir.

3.6.3.6        Assosiasiyanın elan etdiyi müsabiqələrin təşkilinə nəzarət edir. Təşkilati məsələlər İcraçı Ofis tərəfindən həyata keçirilir.

 

3.7     Assosiasiyanın fəaliyyətinin dayandırılması

 Assosiasiyanın fəaliyyəti aşağıdakı hallarda dayandırılır:

3.7.1        Təsisçilərin birgə qərarı ilə.

3.7.2        Ümumi yığıncağın qərarı ilə.

 

 

 


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.