az  |   tr
Fəlsəfə dünyası

Səlahəddin Xəlilov

Səlahəddin Xəlilov

Professor Səlahəddin Sədrəddin oğlu Xəlilov 1952-ci ildə Borçalı mahalında anadan olmuşdur.

1990-cı ildən fəlsəfə elmləri doktoru, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

1991-2006-cı illərdə Azərbaycan Universitetinin rektoru, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında AAK Rəyasət Heyətinin üzvü, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, Beynəlxalq Rektorlar Şurasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Avropa Elm Fəlsəfəsi Təşkilatının, bir sıra xarici ölkə Akademiyalarının üzvü, “Fəlsəfə” jurnalının baş redaktoru, AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının səd­ri­dir.

Azərbaycanda və xarici ölkələrdə 38 kitabı və 400-dən çox elmi məqaləsi nəşr olunmuşdur. O cümlədən: “Основания научно-технического прогресса” (М., 1998); “Lider, dövlət, cəmiyyət” (Bakı, 2001), “Şərq-Qərb: ümumbəşəri ideala doğru” (Bakı, 2004; Tehran, 2005; İstanbul, 2006), “Təhsil. Təlim. Tərbiyə” (Bakı, 2005), “Fəlsəfə: tarix və müasirlik” (Bakı, 2006), “Mənəviyyat fəlsəfəsi” (Bakı, 2007), “Philosophy, Science, Culture. Their Peculiarites in the East and the West” (Stockholm, 2008), “Dogu’dan Batı’ya felsefe körpüsü” (İstanbul, 2008) və s.
Beynəlxalq  fəlsəfə konqresləri və konfranslarında ölkəmizi müntəzəm surətdə təmsil edir.


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.