az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 1   –  [30.01.2017]

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 1

Ön söz

XXI əsr insan intellektinin misilsiz uğurları ilə yanaşı, həm də  bir çox qlo­bal problemlərin kəskinləşməsi, böhranların dərinləşməsi ilə səciyyələ­nir. Həm elmi-texnoloji, həm də ictimai-siyasi proseslərin həddən artıq sü­rət­lənməsi bəşəriyyəti Şərq və Qərb mədəniyyətləri və düşüncə tərzləri ara­sın­da, duyğusal və rasional həyat arasında qərarlaşmaqda olan ahəngin, dün­ya nizamının pozulması və neçə min illər ərzində əldə olunmuş mənəvi-ruh­sal təkamülün itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 

Sadaladığımız problemlər bütövlükdə İnsan-Dünya münasibətlərinin, həyatın mənası, insanın və bəşəriyyətin ali missiyası ilə bağlı təsəvvürlərin bir daha nəzərdən keçirilməsini, tərəqqinin meyarları, əxlaqi-mənəvi  kri­ter­lər və prioritetlərin yenidən dəyərləndirilməsini tələb edir. Bu isə ancaq yeni dünyagörüşü və yeni fəlsəfi sistemlərin oluşdurulması sayəsində mümkün ola bilər.

UFAD - Uluslararsı Felsefe Araştırmaları Derneği – məhz belə bir şə­ra­it­də fəaliyyətə başlamış, bütün bəşəriyyəti, insanlığı ilgiləndirən kürəsəl məsələlərin yenidən təhlili və  bu dəyişən dünyada Türk Cümhuriyyətlərinin yeri və rolu, Şərq ilə Qərb arasında sadəcə coğrafi-siyasi müstəvidə deyil, həm də fikir müstəvisində körpü oluşdura biləcək araşdırmaların önə çəkil­mə­­­si kimi önəmli bir missiyanı gerçəkləşdirmək vəzifəsini qarşıya qoy­muş­dur. Buna uyğun olaraq jurnalımız da böyük fəlsəfi yaradıcılıq üfüqlərini, həm coğrafi anlamda, həm də fikir və müəllif arealının genişləndirilməsi sa­hə­sində açılmış yeni imkanları dəyərləndirmək, vəzifəsini qarşıya qoyur.  Bu baxımdan, dil məhdudiyyətləri də götürülmüş və indi ən azı dörd dildə - Azər­baycan, Türk, İngilis və Rus dillərində məqalələr işıq üzü görə bi­ləcəkdir.

Bu sayda Türk müəlliflərin məqalələrinə daha çox yer ayrılmışdır ki, bu da Azərbaycan fəlsəfəçilərinə Türkiyəli həmkarlarını daha yaxından tanımaq inkanı verəcəkdir.

M Ü N D Ə R İ C A T

Redaksiya ŞurasIndanÖn söz. 5

Fəlsəfə tarixi və müasirlərimiz

Könül BÜNYADZADƏ - Şərqdə düşüncə tarixi və musiqi                (muğam əsasında) 7

 Varis ÇAKAN - Çağdaş Uygur Düşünürü Abduşükür              Muhammed Emin

Epistemoloji

Səlahəddin XƏLİLOVMən-Dünya münasibətində mərkəzi elementin dəyişkənliyi məsələsi 38

Sosial epistemoloji

Ayhan BIÇAK - Düşüncə prosesində zaman fəhminin yeri 56

Nəbi MEHDİYEV Fəlsəfə və Tarix epistemoloji üsul kimi

Elmi-fəlsəfi həyat

UFAD-ın elan etdiyi Fəlsəfi Araşdırmalar müsabiqəsinin nəticələri 85

Qazaxıstan Fəlsəfə və Politologiya İnstitutu ilə UFAD arasında əməkdaşlıq müqaviləsi 90

“Türk Düşüncəsi tarixi” mövzusunda DƏYİRMİ MASA. 91

“Beynəlxalq İpək Yolu'nun Yüksəlişi və Türk Dünyası” (bilik festivalı) 91

“Türk fəlsəfəsinin perspektivləri” mövzusunda konfrans. 92

''Fəlsəfənin dili'' mövzusunda DƏYİRMİ MASA. 93

İstanbul Ədəbiyyatçılar Dərnəyində (İSEDER) “Fəlsəfə və Ədəbiyyat” mövzusunda konfrans  94

“Sekülerleşme ve Din Çalıştayı”. 94

“Tanzimat`dan Günümüze Türk Düşünürleri” kitabının təqdimatı 96

Aristotel fəlsəfəsi. Ümumdünya Fəlsəfə Konqresi 97

Asiya Fəlsəfə Assosiasiyasının (İCAPA) 9-cu Beynəlxalq Konqresi 98

Fəlsəfi etüdlər

.. 99

Rəylər və mülahizələr

Leo Strauss’s Defense of the Philosophic Life: Reading What Is Political Philosophy?(A.S.Beşer) 109

Müslim Akdemir. Düş’ün Felsefesi Ütopyalar (H. Atmaca) 119

TABLE OF CONTENTS. 127

..

 72

  24

Endir Endir

Baxılıb: 3102


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.