az  |   tr
Fəlsəfə dünyası

Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk   –  [02.02.2009]

Müəllif:
Könül Bünyadzadə

Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk

Bünyadzadə KönÜl Yusif qızı
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk


Bakı, Nurlan, 2006, 242 səh.

Elmi redaktor: fəlsəfə elmləri doktoru Z.Quluzadə
Rəyçilər:         fəlsəfə elmləri doktoru Ə.Abasov
                      fəlsəfə elmləri namizədi S.Rzaquluzadə

      Monoqrafiya rasional idraka nisbətdə daha az araşdırılan, idrak prosesinin əhəmiyyətli bir mərhələsini təşkil edən, məkan və zaman fövqündə insanın ilahi vəhdətə çatması ilə özünüdərketməsi prosesi olan irrasional idrakın şərhinə həsr edilmişdir.  
       Tədqiqat fəlsəfə tarixinin ən zəngin və mürəkkəb dövrü sayılan orta əsrləri əhatə edir. Burada Qərb və Şərq mütəfəkkirlərinin fəlsəfi görüşləri həm ayrılıqda, həm də müqayisəli şəkildə təhlil edilməklə irrasional idrakın Qərb və Şərqə məxsus spesifik və oxşar cəhətləri araşdırılmış, ümumiləşdirmələr aparılmışdır.
       Kitab filosof, şərqşünas, Şərq və Qərb fəlsəfə tarixinin, orta əsrlərin tədqiqatçıları, o cümlədən, idrak nəzəriyyəsi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Endir Endir

Baxılıb: 3458


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.