az  |   tr
Fəlsəfə dünyası

Bakıda “Türk Dünyasında fəlsəfi və mənəvi dəyərlər”
mövzusunda beynəlxalq elmi konfrans   –  
[29.09.2012]

Bakıda “Türk Dünyasında fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans


Bakıda “Mədəniyyətlərin dialoqu şəraitində Türk Dünyasında fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans

 

Sentyabr ayının 27-də Kempinski Hotel Badamdarda Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının birgə təşəbbüsü ilə “Mədəniyyətlərin dialoqu şəraitində Türk Dünyasında fəlsəfə və mənəvi dəyərlər” mövzusunda Türkiyə Respublikası Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə beynəlxalq elmi konfrans başlandı.

Konfransı giriş sözü ilə Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri, AMEA-nın müxbir üzvü professor Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, konfransın keçirilməsində məqsəd Türk Dünyasının müxtəlif bölgələrində yaşayan fəlsəfə tədqiqatçıları arasında əlaqə yaratmaq, bəzi ortaq problemləri birgə səylərlə həll etmək, ümumbəşəri fəlsəfi fikrin inkişafına qatılmaqla yanaşı, milli dəyərlərə yönəli tədqiqatlar aparmaq, ortaq türk fəlsəfi terminologiyası formalaşdırılması məqsədi ilə xüsusi komissiya yaratmaq və gələcəkdə yüksək elmi-nəzəri tələblər səviyyəsində beynəlxalq fəlsəfi jurnal nəşr etmək üçün ilkin hazırlıq işləri görməkdən ibarətdir. Bütün bu məqsədləri həyata keçirmək üçün ilk növbədə təşkilatlanmaq tələb olunur. Yəni məqsəd hər ölkənin öz fəlsəfə cəmiyyəti olduğu kimi, bütövlükdə Türk Dünyasının vahid Fəlsəfə cəmiyyətini yaratmaqdan ibarətdir.

Konfransın plenar iclasında Türkiyə Fəlsəfə Cəmiyyəti adından  görkəmli türk filosofu,  Türkiyənin Vatikanda səfiri Prof. Dr. Kənan Gürsoy çıxış edərək bildirdi ki, Bakıda türkdilli filosofların belə yüksək səviyyəli görüşü artıq ikinci dəfədir ki, keçirilir. Kürəsəlləşmə şəraitində bütün fəaliyyət sahələrində inteqrasiya getdiyi kimi, fəlsəfi tədqiqatlar sahəsində də fəaliyyətlərin əlaqələndirilməsi olduqca vacibdir. Lakin belə inteqrasiya ilk növbədə eyni fəlsəfi irsi bölüşən doğma xalqların öz aralarında getməlidir. İndi hər ölkə, hər xalq öz milli fəlsəfi fikir tarixini tədris edir, gənc nəsli məhz milli düşüncə ənənələri zəminində yetişdirməyə çalışır. Bu, fəlsəfə tarixinə milli prizmadan yanaşmaq təşəbbüsüdür. Lakin bütün türk xalqlarının fəlsəfi fikir tarixi arasında ümumi cəhətlər olduğundan bizim bu sahədə əməkdaşlıq etməyimiz vacibdir.

Qazaxıstan Fəlsəfə İnstitutunun direktor müavini Serik Nurmuratov Qazaxıstanda türk fəlsəfi irsinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs etdi. Indiyədək bu sahədə 20-dən artıq kitabın nəşr olunduğunu bildirdi. O, qeyd etdi ki, Almatıda çıxan “”Fərabi” və “İnsan aləmi” jurnalları AFSEA-nın “Fəlsəfə” jurnalı ilə sıx əməkdaşlıq edir.  

Konfransın açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun alimlərimiz arasındakı bu əlaqələrin bütövlükdə Türkiyə-Azərbaycan dostluğu üçün mühüm əhəmiyyətindən bəhs etdi. Onun fikrinə görə, siyasi, iqtisadi və mədəni-mənəvi sahələrdəki əməkdaşlığın təməlində məhz ideya yaxınlığı, fəlsəfi dünyagörüşünün ümumiliyi dayanır. 

Sonra təltif mərasimi oldu. Türk fəlsəfi fikrinin araşdırılması və təbliğində xidmətlərinə görə türkiyəli filosof, Prof. Dr. Kənan Gürsoy və “Şərq Fəlsəfəsi Problemləri” jurnalının təsisçisi və baş redaktoru Prof.Dr. Zümrüd Quluzadə AFSEA-nın fəxri diplomu ilə təltif edildilər. Mükafatları sahiblərinə təqdim edən Milli Məclisin deputatı Fəttah Heydərov türk dünyasının filosof alimlərinin bu cür görüşlərinin əhəmiyyətini vurğulamışdır. 

 

Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirdi. Türkiyə Fəlsəfə Dərnəyi başqanı Prof. Dr. Əhməd İnam və Prof. Dr. Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi birinci bölmədə Prof.Dr. İlham Məmmədzadənin “Etika və siyasət”, Prof. Dr. Ali Osman Gündoğanın “Etik bir dəyər olaraq tolerantlığın fəlsəfi dialoqa təsiri”, Prof.Dr. Zümrüd Quluzadənin “Türkdilli xalqların fəlsəfə tarixinin tədqiq, tədris və təbliğinə dair”, Prof.Dr. Qaliya Kurmanqaliyevanın “Qazax­standa türk fəlsəfəsi: mövcud durum, problemlər, perspektivlər” mövzusunda çıxışları maraqla qarşılandı.  Prof.Dr. Serik Nurmuratovun və Azərbaycan MEA-nın Fəlsəfə, Sosiologiya və Politologiya İnstitutunun direktoru Prof.Dr. İlham Məmmədzadənin rəhbərliyi ilə keçirilən digər bölmə iclasında Prof.Dr. Cəlal Türərin  “Sənət sahəsində mədəniyyətlərarası dialoq”, Prof.Dr. Hakan Poyrazın “Mədəniyyətin formalaşdırılmasında tolerantlıq”, Prof. Dr. Könül Bünyadzadənin “Qlobal problemlər və milli düşüncə” mövzusunda çıxışları ətraflı müzakirə olundu.  

Sentyabrın 28-də Bakıda “Mədəniyyətlərin dialoqu şəraitində türk dünyasında fəlsəfi və mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans işini başa çatdırmışdır. 

AzərTAc xəbər verir ki, konfransın son günü professorlar Ali Osman Gündoğan və Səlahəddin Xəlilovun birgə moderatorluğu ilə “Fəlsəfədə ümumbəşərilik və millilik” adlı bölmə iclasında azərbaycanlı və türkiyəli alimlərin məruzələri dinlənilərək müzakirə edilmişdir.
       Tədbir çərçivəsində təşkil olunmuş “Ortaq türk fəlsəfi terminologiyası” mövzusunda “dəyirmi masa”da türk dünyası alimlərinin anlaya biləcəyi ümumi fəlsəfi terminlərin qəbul edilməsi, ortaq türk fəlsəfi terminologiyasının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, onların fəaliyyətləri yüksək dəyərləndirilmişdir.

Sonda tədbir iştirakçıları birgə bəyannamə qəbul etmişlər. Bununla da, konfrans işini başa çatdırmışdır.

 

 

 http://azertag.gov.az/node/1005871     
          http://azertag.gov.az/node/1006506  

K.Gürsoy: Türk xalqlarının fəlsəfə sahəsində əməkdaşlığının gücləndirilməsi vacibdir http://azertag.gov.az/node/1006540  


        İsmail Alper Coşkun: Türk dünyasının hər sahədə bir araya gəlməsi son dərəcə önəmlidir 
http://azertag.gov.az/node/1006539 

Səlahəddin Xəlilov: Son illər türk respublikaları arasında əlaqələr daha intensiv xarakter almışdır http://azertag.gov.az/node/1006152

Baxılıb: 6705    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.